Mirşahin imzası yaddaşlarda pis “dəfn olundu”

Mirşahin imzası yaddaşlarda pis “dəfn olundu”

Mir Şahin qədər xalqın dərdlərini, sosial problemlərini dilə gətirən, işıqlandıran ikinci bir jurnalist olmayıb.

Ölkə daxilində “Məmurlar arvadlarının alt paltarını xaldan oğurladığı pulla alıb”, -deyən yalnız bir nəfər olub, o da Mirşahin idi.

İç xəbəri hamı xatırlayır: ən ucqar bölgələrdən ən çətin problemləri ANS efirlərindən eşidəndə ANS-in əsas fiqurlarından biri Mir Şahin idi.

ANS niyə bağlandı, Mir Şahin niyə təhqir olundu? Xalqın problemlərini qaldırdığına görə, kasıbın halına yandığına görə, sözünə və qələminə qiymət verdiyinə görə.. Talançı məmurları ən sərt formada tənqid etdiyinə görə.. Bəli, bəli məmurları tənqid etdiyinə görə..

“Məmurlar arvadlarının alt paltarını xalqdan oğuladığı pulla alır”,- dediyi o son cümlə həm ANS-in, həm də Mirşahinin sonunu gətirdi. Cəlal Əliyevin milli məclisdəki Mirşahin haqqında təhqiramiz çıxışı ilə millətin yaddaşında “Mirşahin imzası” dəfn olundu, baş daşına “Mir…ə” yazıldı. Haqsız “qiymət” oldu.

Uzun zamandan sonra yeni Mirşahin yeni sima ilə ortaya çıxdı, sərt, eqoist, məzluma zalım kimi davranan birisi kimi.. O adam sanki xalqdan qisas almağı qarşısına məqsəd qoymuş kimi davranır. Fəzail Ağamalının deputat elədiyi qızını müdafiə etməsi bir daha bunu sübut edir.

Əslində, çox yazarlar dəfn olunub; Aynur Camalqızı müsavatdan gedərkən, Rauf Arifoğlu yön dəyişərək, Eynulla Fətullayev holdinq rəhbəri olarkən və adını çəkə bilmədiyim dostlar. Bəziləri çörəklə, bəziləri canları ilə imtahan olundular. Bəzilərinin isə xisləti elə imiş.

Məsələn milyonların səsi olan Mir Şahin söyüləndə, təhqir olunanda, milyonlardan səs çıxmadı. Əvəzində isə onun təhqir videosunu sevə-sevə paylaşdılar. İndi isə Mirşahinin bir nöqtəsi boyda yazmağı bacarmayanlar onun haqqında cümlə qururlar.

Mirşahinin susdurulması və ya 180 dərəcə dəyişməsi cəmiyyətə nə verdi?

Daxildə daha çox yaltaq media, xaricdə isə söyüş “makinaları” inkişaf etdi.

Mirşahinin tənqidi yaxşıdır, yoxsa Qabilin üzdəniraq söyüşləri? Ölkənin bütün dəyərlərini heçə sayan, ölkənin Prezidentinin ailə üzvlərini ən pis formada təhqir edənləri Milli Məclisdə oturub havayı pullar alanlar niyə tənqid etmir? Onlara da yenə Mirşahin cavab verir. Mirşahin bir istehkamdı; əvvələr xalqın, indi isə hakimiyyətin..

Gələk uşaq pulu məsələsinə; Mirşahin deyir ki, uşaq pulu vermək olmaz. Kimdir Mirşahinin dediyinə baxan? Əhalinin 80 faizindən çoxu uşaqpulunun verilməsini istəyir və tələb edir. Hə, nə olsun? Lap Mirşahin də desin, verəcəklərmi?
Yaxud Ağamalının qızı deyib ki, “uşaq pulu verilsə, insanlar tənbəlləşər”. Yəni bu sözə görə uşaqpulu vermirlər?
Bu fikirlər gündəmdə qalmaq üçün məşhurluq xəstəliyi olanlar üçün möhtəşəm vasitədir; “gəl verim sənə” mahnısı , Elzanın “ tikim sizin ağzınızı” şeiri və s. kimi.
Azərbaycanda gündəmdə qalmaq üçün arada “sarı simə” toxunurlar. Əhəmiyyət verməyin ki, gündəmdə qalmasınlar.

Talıb Əhədov

Share: