Azərbaycan 1-ci liqasında mübarizə aparan “Şahdağ Qusar” baş məşqçisi Elnur Abdullayevlə, köməkçiləri Babək Allahverdiyev və Əlimirzə Daşzərini ilə yollarını ayırıb.
Millətin Səsi.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssislərlə başa çatan müqavilənin müddəti uzadılmayıb.
Qeyd edək ki, “Şahdağ Qusar” 1-ci liqanın 2025/26 mövsümünü 43 xalla 5-ci pillədə tamamlayıb.(qol.az)


