Küveyt Beynəlxalq Hava Limanında sərnişin terminalı İrandan atılan pilotsuz uçuş aparatları və raketlərlə hücuma məruz qalıb.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Küveyt Mülki Aviasiya İdarəsi bildirib.
Küveyt Xəbər Agentliyinin (KUNA) istinad etdiyi bəyanatda deyilir: “Terminal 1 İran pilotsuz uçuş aparatı və raketlər ilə vurulduqdan sonra Küveyt hava limanında fövqəladə vəziyyət planı işə salınıb”.
Küveytin Mülki Aviasiya Baş İdarəsinin məlumatına görə, hücum nəticəsində hava limanının bəzi obyektlərinə ciddi ziyan dəyib. Bununla əlaqədar olaraq, səlahiyyətli orqan gələn uçuşların dayandırılması və gələn uçuşların növbəti xəbərdarlığa qədər digər hava limanlarına yönləndirilməsi barədə qərar qəbul edib.
Küveyt Müdafiə Nazirliyinin sözçüsü polkovnik Səud Əl-Atvan T1 terminalının pilotsuz təyyarələrin hücumuna məruz qaldığını təsdiqləyib. Onun sözlərinə görə, terminala ciddi ziyan dəyib və bir neçə nəfər yaralanıb.


