Xankəndidə dünyaya gələn ilk uşağın anasına vəzifə verildi

Xankəndidə dünyaya gələn ilk uşağın anasına vəzifə verildi

Böyük Qayıdışdan sonra Xankəndi şəhərində dünyaya gələn ilk uşağın anasına vəzifə verilib.

Millətin Səsi.az Oxu.az-a istinadla xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Xankəndiyə mediaturu çərçivəsində Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, şəhərdə dünyaya gələn ilk uşağın anası Səadət Namazlı idarənin İstehsalat şöbəsinin mütəxəssisi vəzifəsinə təyin olunub:

“Ümumiyyətlə, idarədə işçilərin çoxu məcburi köçkündür”.

Share: