Ukraynada bütün müxalifət liderləri məhv edilib – Puşilin

Ukraynada bütün müxalifət liderləri məhv edilib – Puşilin

Ukraynada etiraz edən liderlər Kiyev rejimi tərəfindən demək olar ki, tamamilə məhv edilib.

Millət Səsi.az xəbər verir ki, bu sözləri Donetsk Xalq Respublikasının rəhbəri Denis Puşilin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPİEF) kuluarlarında TASS-a bildirib.

“Təəssüf ki, hazırda Ukraynada, Ukraynanın qalan hissəsində kənardan müdaxilə olmadan istənilən ciddi müxalifət mümkün deyil. Çünki “bir nömrəli” kimi çıxış etməyə, öz fikrini bildirməyə hazır olan bütün etiraz liderləri sadəcə məhv edilib. Onlar ya həbsdədirlər, ya ətçəkən maşına atılıb, ya da cəbhəyə” göndərilib, deyə – o, bildirib

Puşilin Ukraynadakı etiraz liderləri ilə bağlı vəziyyəti “yanmış torpaq” kimi qiymətləndirib və dəyişiklik üçün heç bir ümidin olmadığını qeyd edib.

Share: