Azərbaycanla bağlı sevindirici proqnoz

Azərbaycanla bağlı sevindirici proqnoz

Beynəlxalq reytinq agentliyi “Fitç Reytinq” (Fitch Ratings) 2026-cı ildə Azərbaycanda iqtisadi artımın 2% səviyyəsinə qədər mülayim şəkildə sürətlənəcəyini proqnozlaşdırır. Bu, 2025-ci ildə gözlənilən zəifləmədən sonra baş verəcək.

Millətin Səsi.az xəbər verir ki, bu barədə qurumun hesabatında qeyd olunub.

Agentliyin qiymətləndirməsinə görə, iqtisadiyyata dəstək kimi sərt büdcə-fiskal siyasət və kreditləşmənin mülayim artımı çıxış edəcək. Bununla belə, yüksək enerji qiymətlərinin təsiri qismən bu amillərlə kompensasiya olunacaq.

Eyni zamanda “Fitş” inflyasiyanın artacağını da gözləyir. 2026-cı ildə orta illik inflyasiya göstəricisi 6,1% ola bilər ki, bu da əvvəlki ilin 5,6%-i ilə müqayisədə yüksəkdir. Qiymət artımı logistika xərclərinin yüksəlməsi, ərzaq məhsullarının bahalaşması və tənzimlənən tariflərin artırılması ilə əlaqələndirilir. Lakin inflyasiya təzyiqinin bir hissəsi manatın əsas ticarət tərəfdaşlarının valyutalarına nisbətən möhkəmlənməsi ilə kompensasiya oluna bilər.

Hesabata əsasən, cari ilin yanvar–aprel aylarında Azərbaycanda ÜDM illik ifadədə 0,2% artaraq təxminən 39,9 milyard manat təşkil edib.

Share: