ABŞ və İran nələri razılaşdırıb? – Detallar

ABŞ və İran nələri razılaşdırıb? – Detallar

Yaxın günlərdə ABş və İran arasında imzalanacağı gözlənilən qarşılıqlı anlaşma memorandumunun layihəsinə əsasən, Hörmüz boğazının dərhal açılması, İrana qarşı sanksiyaların yumşaldılması, Livan da daxil olmaqla, atəşkəs rejiminin 60 gün uzadılması nəzərdə tutulur.

Axar.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Məlumata görə, təklif olunan razılaşmaya əsasən, İran nüvə silahı əldə etməyəcəyini bir daha təsdiqləyəcək və zənginləşdirilmiş uran ehtiyatı ilə bağlı narahatlıqları aradan qaldırmağa başlayacaq.

“Lakin ən həssas nüvə məsələləri dərhal həll olunmayacaq. Bunun əvəzinə onlar ayrıca, daha ətraflı razılaşmada müzakirə olunacaq və BMT-nin nəzarəti altında İranın uranının zənginləşdirmə səviyyəsinin azaldılması kimi variantlar nəzərdən keçiriləcək”, – məlumatda qeyd olunub.

Sənəddə həmçinin ABŞ blokadasının dayandırılmasından və razılaşmanın imzalanmasından sonra 30 gün ərzində Hörmüz boğazında gəmiçiliyin müharibədən əvvəlki səviyyəyə qaytarılması planlaşdırılır.

Nəşr bildirib ki, ABŞ və İran razılaşma mətnini razılaşdırıb, lakin sənəd hələ yekun təsdiqdən keçməlidir.

Share: