İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei 9 iyulda Məşhəddə dəfn ediləcək.
Millətin Səsi.az APA-ya istinadla xəbər verir ki, bu barədə Seyid Əli Xameneinin dəfn mərasimi üzrə qərargahı məlumat yayıb.
Məlumata əsasən, Əli Xaməneinin vida mərasimi 4-5 iyul tarixlərində Tehrandakı Mosalla kompleksində keçiriləcək, cənazə daha sonra Qum şəhərinə yola salınacaq.
Qum şəhərində vida mərasimindən sonra Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq 9 iyulda Məşhəddə torpağa tapşırılacaq.


