Keçmiş prezident Co Baydenin dövründə ABŞ-ın Ukraynaya verdiyi silahlara görə Avropa 350 milyard dollar ödəməlidir.
Millətin Səsi.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Bayden Ukraynaya çox şeylər verib və buna görə avropalılar pul ödəməlidir”, – deyə Ağ Ev rəhbəri bildirib.
Onun sözlərinə görə, heç kim tələb etmədiyindən Avropa Vaşinqtona bu vəsaiti qaytarmayıb.


