Bu gündən etibarən Qazaxıstanda yeni Konstitusiya qüvvəyə minib.
Millətin Səsi.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev xalqa müraciətində deyib.
“Bu gün suveren Qazaxıstanın tarixində yeni dövr başlayır. Biz davamlı inkişafın, siyasi və iqtisadi islahatların, eyni zamanda, genişmiqyaslı modernləşmənin strateji inkişaf yoluna qədəm qoyuruq”, – o bildirib.


