“İnter”dən ayrılan Stefan de Vrey karyerasını Yunanıstanda davam etdirəcək.
QOL.az xəbər verir ki, 34 yaşlı müdafiəçi “Panathinaikos”a keçib.
Bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Niderland millisinin sabiq üzvü ilə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Stefan de Vrey ötən mövsüm “İnter”in heyətində A seriyasında cəmi 11 oyuna çıxıb.


