Güneyli fəal edam cəzasına məhkum edildi

Güneyli fəal edam cəzasına məhkum edildi

Hazırda Qəzvin şəhərinin Çubindər həbsxanasında saxlanılan Kamal Xanbabayi edam cəzasına məhkum edilib.

Millətin Səsi.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Onun “dövlət əmlakının dağıtmaq” və “müharibə”də ittiham olunduğu bildirilib.

İnsan haqları fəalları Kamal Xanbabayinin etiraz aksiyası zamanı ümumi nəzarət kameralarından birini qırdığına görə belə ağır cəzaya məhkum edildiyini bildiriblər.

Qeyd edək ki, azərbaycanlı məhbus yanvar etirazları zamanı həbs edilərək istintaq təcridxanasına, oradan isə Çubindər həbsxanasına köçürülüb.

Share: