Vaşinqtonun tələbi ilə İsrail ABŞ-ın İrana qarşı gələcək hücumlarına qoşulmağa hazırdır.
Millətin Səsi.az xəbər verir ki, bu barədə “Nyu York Post” qəzeti israilli mənbələrə istinadən məlumat yayıb.
“ABŞ-a dəstəyimizi sübut etdik. ABŞ-ın İsrailin onlara qoşulmasında maraqlı olub-olmadığına əmin deyiləm. Amma lazım gələrsə, biz bunu yenidən etməyə hazırıq”, – deyə mənbələrdən biri bildirib.
Mənbə həmçinin qeyd edib ki, İsrail insanların sığınacaqlarda gizlənməli olduğu günlərə qayıtmaq istəmir.


