ABŞ-nin iyul ayında həyata keçirdiyi hücumlar zamanı qadın və uşaqlar da daxil olmaqla, 38 nəfər həyatını itirib.
Millətin Səsi.az xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kirmanpur X platformasında bildirib.
Rəsminin sözlərinə görə, endirilən zərbələr nəticəsində 400-dən çox şəxs də xəsarət alıb.
Qeyd edək ki, ABŞ İrana zərbələri 8 iyuldan bərpa edib.


