ÜST-ün Avropa regionunda son dörd il ərzində həddindən artıq istilər səbəbindən 200 mindən çox insan həyatını itirib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə ÜST-nin Avropa üzrə Regional Direktoru Dr. Hans Henri P. Kluge TASS agentliyinə məlumat verib.
“ÜST-nin Avropa regionunda təkcə son dörd il ərzində (2022-2025-ci illər) istilər səbəbindən 200 mindən çox insan ölüb və son iki onillikdə isti ilə əlaqəli ölüm halları 30% artıb. Bunlar sadəcə proqnoz deyil; bu, hazırda baş verən reallıqdır”, – deyə ekspert bildirib. O, həmçinin qeyd edib ki, “bu yay təkcə beş ölkədən əldə edilən məlumatlar istilər səbəbindən təxminən 10 min əlavə ölüm halının qeydə alındığını göstərir”.
Avropa regionu ÜST-nin altı regionundan biridir. Bu region Avropa və Mərkəzi Asiyada yerləşən 53 dövləti, o cümlədən Rusiya, Türkiyə, Qafqaz ölkələri, Qazaxıstan, Qırğızıstan və Tacikistanı əhatə edir.


