“İran Hörmüz boğazına nəzarət etmir. Beynəlxalq su yolu SEPAH-ın (İran İslam İnqilabı Keşikçiləri Korpusu) təhdidlərinə və hücumlarına baxmayaraq, tranzit üçün açıq qalır.
Millətin Səsi.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Mərkəzi Komandanlığı yayıb.
Komandanlıq İranın Hörmüz boğazına giriş və çıxışa tam nəzarət etdiyi barədə iddiasını rədd edib.
“Kommersiya gəmiləri ABŞ-ın hərbi dəstəyi ilə boğazdan istifadəni davam etdirir. May ayının əvvəlindən bəri Amerika qüvvələri 900-dən çox gəminin boğazdan keçməsinə kömək edib”, – deyə ABŞ Mərkəzi Komandanlığı “X” sosial şəbəkəsində bildirib.
Daha əvvəl İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Möhibbi gəmiçilik şirkətlərinə xəbərdarlıq edərək bildirmişdi ki, ərazidə yerləşdirilmiş minalar səbəbindən Hörmüz boğazı vasitəsilə cənub marşrutlarından istifadə təhlükəlidir.
Qeyd edəkn kij, ABŞ ilə İran arasında gərginliyin sonuncu dəfə artması iyulun 8-də – Vaşinqton və Tehranın qarşılıqlı anlaşma memorandumu imzalamasından bəri ABŞ-ın ilk dəfə İrana qarşı zərbələr endirməsi ilə başlayıb. ABŞ hücumun Hörmüz boğazında kommersiya gəmisinə endirilən zərbəyə cavab olduğunu iddia edib. Həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin başa çatdığını elan edib. Tehran buna cavab olaraq Yaxın Şərqdəki, o cümlədən Bəhreyn, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İordaniyadakı ABŞ obyektlərini hədəf alıb.


