İki ildən sonra – yenə yarımfinalda

İki ildən sonra – yenə yarımfinalda

Azərbaycan kubokunda mövsümün ilk qolsuz oyunu realaşıb.

Milletinsesi.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, yarımfinalın ilk görüşləri çərçivəsində keçirilən “Sumqayıt” – “Zirə” matçı 0:0 hesabı ilə nəticələnib. Bu qarşılaşmayadək olan 13 oyunun hamısında qol qeydə alınıb.

Ötən – 2017/18 mövsümündə də 0:0 hesabı qeydə alınmamışdı. Sonuncu dəfə belə hesaba 2016/17 mövsümündə, indiki kimi yarımfinalda təsadüf olunub. “Qarabağ”la “Neftçi” arasında cavab oyununda qapılara qol vurulmayıb.

2017-ci il aprelin 5-də keçirilən həmin matçdan 748 gün sonra kubok görüşü qolsuz yekunlaşıb.

Share: