Xaçmazda dənizdə batan yeniyetmənin meyiti tapıldı

Xaçmazda dənizdə batan yeniyetmənin meyiti tapıldı

Xaçmaz rayonunda dənizdə batan yeniyetməninmeyiti tapılıb.

Millətin Səsi.az APA-ya istinadla xəbər verir ki, Seyidli kəndinin ərazisində dənizdə batan 2008-ci il təvəllüdlü A.X.nin meyiti sudan çıxarılıb.

Qeyd edək ki, yeniyetmə iyulun 21-də rayonun Nabran kəndində dənizdə nəzarətsiz ərazidə batıb.

Faktla bağlı araşdırma aparılır.

Share: