Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı Rumıniyanın ölkənin ərazi suları üzərində Rusiyaya məxsus daha bir “Şahid” PUA-sını məhv edib.
Millətin Səsi.az xəbər verir ki, bunu Rumıniya Prezidenti Nikuşor Dan deyib.
Onun sözlərinə görə, insident yerli vaxtla saat 10:13-də Sulina–Kiliya bölgəsində baş verib.
Nikuşor Dan bildirib ki, aparılan araşdırmaların nəticələri əsasında Rusiya Federasiyasına rəsmi diplomatik etiraz təqdim olunacaq.
Qeyd edək ki, bu, Rumıniya ordusunun son bir neçə gündə vurduğu 3-cü PUA-dır.


