Dənizdə 3 bacı batdı: 2-si xilas edildi, birinin meyiti tapıldı

Dənizdə 3 bacı batdı: 2-si xilas edildi, birinin meyiti tapıldı

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı, dənizdə nəzarətsiz ərazidə dörd nəfər batıb.

Bu barədə Millətin Səsi.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaşlar – 1985-ci il təvəllüdlü Aysel Bəkir qızı Əliya, 2009-cu il təvəllüdlü Elmira Rauf qızı Rüstəmova və 2019-cu il təvəllüdlü Nuray Rauf qızı Rüstəmova xilas edilib.

Dalğıclar tərəfindən 2013-cü il təvəllüdlü Aylin Rauf qızı Rüstəmovanın meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Share: