Bakının mərkəzində yanğın: 6 nəfər zəhərləndi

Bakının mərkəzində yanğın: 6 nəfər zəhərləndi

Bakının mərkəzi hissəsində obyektdə baş verən yanğın zamanı 6 nəfər tüstüdən zəhərlənib.

Millətin Səsi.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd olunub ki, bu gün saat 11:35 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb. Çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 2 kişi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara dərhal zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb. Tüstüdən zəhərlənmə diaqnozu təyin edilən şəxslərin vəziyyəti stabil qiymətləndirilir və müalicələri Toksikologiya şöbəsində davam etdirilir.

4 nəfərə (1 qadın, 3 kişi) isə stresə qarşı və tüstüdən zəhərlənmə ilə əlaqədar yerində yardım olunub.

Share: