Messinin atası vəfat edib

Messinin atası vəfat edib

Argentinalı superulduz Lionel Messinin atası Xorxe Messi 68 yaşında vəfat edib.


Millətin Səsi.com
xəbər verir ki, bu barədə “Infobae” qəzeti məlumat yayıb.
Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra Rosariodakı xəstəxanada vəfat edib.
Qeyd edək ki, 17 iyun tarixində “La Opinion” qəzeti Messinin Dünya Kubokunda Əlcəzairə qarşı (3-0) ilk qolu vurduqdan sonra göz yaşlarını saxlaya bilməməsini atasının xəstəliyi ilə əlaqələndirmişdi.
Argentinalı futbolçunun ailəsi daha sonra Xorxe Messinin xəstəliyi səbəbindən müalicə aldığını bildirən bir açıqlama yaymışdı.

Share: