Tayvan müdafiə xərclərini rekord həddə qaldırdı

Tayvan müdafiə xərclərini rekord həddə qaldırdı

Tayvan Nazirlər Kabineti 2027-ci ildə müdafiə xərclərinin 16% artırılmasını təklif edəcək.

Millətin Səsi.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Məlumata görə, müdafiə xərcləri ilk dəfə olaraq 1 trilyon Tayvan dollarını ötəcək:

“Büdcəyə sahil mühafizəsinin, veteranların və xüsusi layihələrin maliyyələşdirilməsi də daxildir. Bu il olduğu kimi, müdafiə büdcəsinin ümumi daxili məhsulun 3%-dən çoxunu təşkil edəcəyi gözlənilir”.

Sənədin avqustun 20-də təqdim olunması planlaşdırılır. Ətraflı rəqəmlərin isə Nazirlər Kabinetinin son iclasında açıqlanacağı bildirilir.

Bildirilib ki, bu qərar demokratik Tayvanı öz ərazisi hesab edən Çinin son illərdə hərbi və siyasi təzyiqini artırması ilə əlaqədardır.

Share: