Ukrayna müharibənin 1629-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 459 210 hərbçi, 12 255 ədəd tank, 25 116 ədəd zirehli döyüş maşını, 47 669 ədəd artilleriya sistemi, 2019 (reaktiv yaylım atəş sistemi), 1 558 hava hücumundan müdafiə sistemi, 439 ədəd hərbi təyyarə, 354 ədəd helikopter, 2181 ədəd yerüstü robot-texnika kompleksi, 452 994 ədəd PUA, 132 236 ədəd avtomobil texnikası, 5 007 qanadlı raket, 35 gəmi/kater, 2 sualtı qayıq, 4 511 xüsusi avadanlıq itirib.


