Lerik rayonunun 161 kəndi var, amma onların heç birinə marşrut işəmir. Çoxunda qaz yoxdur. Bəzilərində hələ də yol problemi var.
Lerikin Zövnə kəndindəyəm . Kənd sakinləri öz hesabına Yarddımlı Rayon Bilnə kəndinə qədər çəkilən asfalt yoldan öz kəndlərinə yol çəkirlər. Sakinlər kimisi öz pensiyalarından, kimisi həyətindəki heyvanlarından sataraq əldə etdikləri məvacibdən, kimisi, kimisi günəmuzd işlədiklərindən kəsrək kimisi öz övladlarpnın boğazından kəsərək yol problemindən qurtulmağa çalışırlar.
Zövnə kəndi elə yerdə yerləşir ki, rayon yoluna çıxmaq üçün Züvüç kəndinin yolunda istifadə etməkidir, ora bərbad. Bakı yoluna çıxmaq üçün Bilnəyə getmələdir, ora da bərbaddır. Kənd camatı Yay alarında çətinliklə də olsa bu yollardan istifadə edir, payız və qış aylarda demək olar ki, həmin yollar işləmir.
Çox təssüf ki, Avqust ayının əvvəlindən başladılan yol çəkişilişində nə Lerik Royon rəhbərliyindən, nə qəsəbə nümayəndəliyindən, nə də bələdiyyədən bir nəfər də olsun belə gözə dəyməyib.
Eyni işi Lerik rayonun Gendov sakinləri də həyata keçirir. İcra strukturları kömək etmək əvəzinə problem yaratmağa çalışır. Çaylardan və digər ərazilərdən daş və ya daş qırıntılarını götürülməsinə icazə verilmədiyi üçün, Bakını daş karxanalarından maşını 760 manata daş qırıntıları gətirirlər. Rayon səlahiyyətliləri texnika köməyi etmədiyindən günü 400 manata texnika işlədirlər. Halbuki Rayon rəhbərliyi və yol idarələri lazımı dəstəyi versəydilər, yığılan pulla daha mükəmməl yol çəkilərdi. Amma harda? Hardadı icra başçısı, hardadı rayonun millət vəkili? Gəlib salam verib keçməklə iş bitmir, cənab başçı!! Heç olmasa işləyənlərə bir kaset su alardız!!


