Qırğızıstan Prezidenti Japarov ikinci müddətə namizədliyini irəli sürəcək

Qırğızıstan Prezidenti Japarov ikinci müddətə namizədliyini irəli sürəcək

2027-ci ildə keçiriləcək prezident seçkilərində növbəti müddətə namizədliyimi irəli sürməyi planlaşdırıram.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri Qırğızıstan Prezidenti Sadır Japarov jurnalist Əli Toktakunova verdiyi müsahibədə bildirib.

Yerli “24.kg” xəbər portalı prezidentin sözlərini belə sitat gətirib: “Mən növbəti müddətə namizədliyimi irəli sürmək və fəaliyyətimi davam etdirmək niyyətindəyəm”.

Japarov qeyd edib ki, seçkilərdə iştirak etmək istəyən hər kəs öz namizədliyini irəli sürməkdə sərbəst olacaq.

Dövlət başçısı- “heç kimə məhdudiyyət qoymayacağıq”, – deyə bildirib.

Japarov 2021-ci il yanvarın 28-dən etibarən Qırğızıstan prezidenti vəzifəsini icra edir. Ölkə konstitusiyasına əsasən, bir şəxs iki dəfə prezident seçilə bilər.

Qeyd edək ki, Qırğızıstanda növbəti prezident seçkiləri 2027-ci il yanvarın 27-də keçiriləcək.

Share: