Kiyev balistik raketlərlə vuruldu: ölənlərin sayı artdı – Video

Kiyev balistik raketlərlə vuruldu: ölənlərin sayı artdı – Video

Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə ballistik raketlərlə zərbələr endirir.

Milletinsesi.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatında məlumat yayılıb.

Bildirilib ki, hazırda şəhərdə güclü partlayış səsləri eşidilir.

Kiyevin bəzi ərazilərində dağıntılar qeydə alınıb. Xilasedicilər hücumun nəticələrinin aradan qaldırılması istiqamətində iş aparırlar.

Kiyev şəhərinin meri Vitali Kliçko sakinləri sığınacaqlarda qalmağa çağırıb.

***

Kiyevə endirilən raket zərbələrindən sonra həlak olanların sayı 5 nəfərə çatıb, 23 nəfər isə xəsarət alıb.

Bu barədə Kiyev şəhər Hərbi Administrasiyası məlumat yayıb.

Hücum zamanı Kiyev şəhərinin Darnitski, Svyatoşin və Solominsk rayonlarında 12-dən çox lokasiyada dağıntı qeydə alınıb. Yaşayış binaları, tibb və təhsil müəssisələri zərər görüb. Anbarlar və böyük bir ərazi yanıb.

***

Rusiya Silahlı Qüvvələrinin gecə saatlarında Kiyevə hücumu nəticəsində ölənlərin sayı 12-yə yüksəlib.

Bu barədə Kiyev meri Vitali Kliçko məlumat yayıb.

***

Avqustun 20-nə keçən gecə Rusiyanın Kiyevə hücumları nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Bu barədə “Ukrainskaya Pravda“ məlumat yayıb.

Share: