Madrid “Atletiko”sunun qapıçısı Yan Oblak komandanın heyətində La Liqada 400-cü oyununu keçirib.
Milletinsesi.az QOL.az-a istinadən xəbər verir ki, b haqda “Opta” məlumat yayıb. 33 yaşlı sloveniyaqlı qolkiper bu göstəriciyə La Liqanın yeni mövsümünün ilk turunda “Malaqa” ilə görüşdə çatıb.
Oblak İspaniya çempionatı tarixində 400 oyun həddinə çatan 11-ci qapıçı, buna nail olan ilk əcnəbi qolkiper olub.
Qeyd edək ki, Yan Oblak 2014-cü ildən “Atletiko”da çıxış edir. O, Madrid klubuna keçməzdən əvvəl Portuqaliyanın “Benfika”sının futbolçusu olub və bir sıra klublarda icarə əsasında oynayıb.


