Qazaxıstanın yeni birtəbəqəli parlamenti olan Qurultayın üzvləri Oljas Bektenovun yenidən ölkənin baş naziri vəzifəsinə təyin edilməsinə səs veriblər.
Millətin Səsi.az xəbər verir ki, Prezident Kasım-Jomart Tokayevin irəli sürdüyü Bektenovun namizədliyi iclasda iştirak edən 145 deputatdan 137-si tərəfindən dəstəklənib.
45 yaşlı Bektenov 2024-cü ilin fevralından bəri hökumətə rəhbərlik edir. O, müxtəlif vaxtlarda Qazaxıstan Prezident Administrasiyasının rəhbəri və Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin sədri vəzifələrində çalışıb. Avqustun 28-də prezident fəaliyyətdə olan hökumətə yeni kabinet təsdiqlənənə qədər öz vəzifələrini icra etməyə davam etməyi tapşıran sərəncam imzalayıb.


