Türkiyənin Arnavutköy Karaburun çimərliyində bədbəxt hadisə baş verib. Sahildə arxası dənizə tərəf əyləşən kişini dalğalar sürükləyərək aparıb və o, həyatını itirib.
Bu barədə Milletinsesi.Az İHA-ya istinadən xəbər verir.
Məlumata görə, Başakşehir sakini olan 58 yaşlı Nurettin Çırak iki dostu ilə birlikdə dəniz kənarında dincəlmək üçün Karaburuna gedib. Bir müddət sonra arxası sahilə doğru oturan kişini dalğa vurub və o, sulara qərq olub.
Yaxınlıqda olan iki nəfərin köməyilə Çırak huşsuz vəziyyətdə sudan çıxarılıb. O, hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Lakin həkimlərin bütün müdaxilələrinə baxmayaraq, Nurettin Çırakın həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı Sahil Mühafizəsi Komandanlığı araşdırmaya başlayıb.Oxu.az


