“Zirə” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Milletinsesi.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, Bakı təmsilçisi “Şaveş”in braziliyalı hücumameylli mərkəz yarımmüdafiəçisi Ktataunu (Talysson Moreira Reis) transfer edir.
25 yaşlı futbolçunun keçidi üçün “Zirə”nin Portuqaliya klubuna təxminən 100 min avro ödəyəcəyi bildirilir. Ktatau yeni klubu ilə 3 illik müqavilə imzalayacaq.
Braziliyalı futbolçu bu mövsüm “Şaveş”ə qayıdıb və artıq 4 oyunda meydana çıxıb (hamısında əsas heyətdə). O, bundan əvvəl isə icarə əsasında “Felgeyraş”da çıxış edib, bu komandada 27 oyuna 1 qol vurub, 4 qolun ötürməsini edib.


