Dəhşətli virus Yunanıstana da yayıldı: 24 nəfər öldü

Dəhşətli virus Yunanıstana da yayıldı: 24 nəfər öldü

Yunanıstanda Qərbi Nil virusuna yoluxma nəticəsində azı 24 nəfər həyatını itirib.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatı məlumat yayıb.

Məlumata görə, ölkədə daha 58 yoluxma halı qeydə alınıb. İlin əvvəlindən bu yana virusa yoluxanların ümumi sayı 290 nəfərə çatıb. Hazırda 32 xəstə reanimasiyadadır. Yoluxmaların təxminən yarısı Yunanıstanın cənubundakı Şərqi Attika bölgəsinin, eləcə də Afinanın şimal ərazilərinin payına düşür.

Virus artıq ölkənin 13 inzibati regionundan 6-da yayılıb.

Qeyd edək ki, Qərbi Nil qızdırması ağcaqanadlar vasitəsilə yayılan kəskin infeksion xəstəlikdir. Xəstəlik güclü baş və əzələ ağrıları, qusma və yuxululuqla müşayiət oluna bilər.

Share: