İranın Silahlı Qüvvələri milli təhlükəsizliyə təhdidlərə cavab olaraq qabaqlayıcı hərbi əməliyyatlar keçirməyə hazırdır.
Millətin Səsi.az xəbər verir ki, bunu İran ordusunun sözçüsü briqada generalı Məhəmməd Əkrəminiya deyib.
O bildirib ki, söhbət ölkənin hərbi strategiyasında əhəmiyyətli dəyişiklikdən gedir:
“Harada bir təhlükə aşkar etsək, orada profilaktik əməliyyatlar keçirəcəyik. Hərbi doktrinamiz profilaktik müdafiə və çəkindirmə əməliyyatlarına doğru dəyişib”.


