Böyük Britaniya, Fransa və Almaniyadan olan milli təhlükəsizlik müşavirləri Ukrayna Prezidenti Vladimir Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü öncəsi Kiyevə gəliblər.
Milletinsesi.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Avropalı rəsmilərin hansı konkret görüşlərdə iştirak edəcəkləri ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, bu gün ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner Kiyevə səfər ediblər.


