İran hökuməti benzinin qiymətini qaldırıb.
Millətin Səsi.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, iranlılar birinci tarif üzrə 60 litr, ikinci tarif üzrə isə əlavə 50 litr benzini müvafiq olaraq litri 15 min və 30 min rialdan əldə edə bilirlər. Müəyyən edilmiş bu hədləri aşan yanacağın isə qiyməti 50 min rialdan 100 min riala qaldırılıb.
Qərar sentyabrın 8-dən qüvvəyə minib.


