Xətaidə şəhid övladları ilə görüş keçirildi – Video

Xətaidə şəhid övladları ilə görüş keçirildi – Video

Xətai rayon İcra Hakimiyyətinin inzibati binasında ali məktəblərə qəbul olmuş və yeni tədris ilində birinci sinfə başlayacaq şəhid övladları ilə görüş keçirilib.

Millətin Səsi.az xəbər verir ki, tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Zahid Oruc və Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayon ağsaqqalları, eləcə də şəhid ailələrinin üzvləri iştirak ediblər.

Görüşdə şəhid övladlarının təhsil uğurları diqqətə çatdırılıb, onların qazandıqları nailiyyətlərin hər birimiz üçün qürurverici olduğu bildirilib. Ali məktəblərə qəbul olan gənclər təbrik edilib, birinci sinfə qədəm qoyacaq uşaqlara isə yeni tədris ilində uğurlar arzulanıb.

Çıxışlarda şəhid ailələrinə göstərilən dövlət qayğısından bəhs olunub, şəhid övladlarının hər zaman diqqət və qayğı ilə əhatə olunmasının vacibliyi vurğulanıb.

Səmimi söhbət şəraitində keçən görüşdə şəhid övladlarına hədiyyələr təqdim olunub, onların arzu və istəkləri dinlənilib.

Share: