ABŞ Prezidenti Donald Tramp həftəsonunu keçirəcəyi İrlandiyada bir sıra Avropa liderləri ilə görüşməyi planlaşdırdığını bildirib.
Millətin Səsi.az xəbər verir ki, Tramp bu açıqlamanı İrlandiyaya yola düşməzdən əvvəl Vaşinqtonun cənub-şərqində – Merilend ştatındakı ABŞ hərbi bazası olan “Joint Base Andrews”da jurnalistlərin suallarını cavablandırarkən verib. O, ABŞ-ın ticarət sahəsində fəal olduğunu qeyd edib, lakin əlavə təfərrüat açıqlamayıb.
Ağ Ev daha əvvəl Trampın sentyabrın 12-si və 13-də İrlandiyada olacağını bildirmişdi. Onun İrlandiyanın Baş naziri Maykl Martinlə görüşməsi və digər tədbirlərlə yanaşı, qolf turnirində iştirak etməsi gözlənilir.


