Si Szinpin : BRICS ölkələri bu sahədə əməkdaşlığı gücləndirməlidir

Si Szinpin : BRICS ölkələri bu sahədə əməkdaşlığı gücləndirməlidir

BRICS üzv dövlətləri süni intellekt texnologiyaları sahəsində əməkdaşlığı inkişaf etdirməlidirlər.

Millətin Səsi.az bildirir ki, bu sözləri Çin prezidenti Si Szinpin bildirib.

Çin Mərkəzi Televiziyası Si Szinpin  Yeni Dehlidə keçirilən 18-ci BRICS sammitindəki çıxışı zamanı deyib: “Təşəbbüsü möhkəm ələ keçirmək, süni intellekt sahəsində əməkdaşlığı gücləndirmək, bu yeni sahədə praktik əməkdaşlığı təşviq etmək və onu yeni səviyyəyə qaldırmaq vacibdir”.

O qeyd edib ki, Çin BRICS ölkələrinin Ümumdünya Süni İntellekt Əməkdaşlıq Təşkilatının fəaliyyətində iştirakını alqışlayır. Çin liderinin sözlərinə görə, bu, üzv dövlətlərə sənayeləşməni stimullaşdırmağa, elmi tədqiqat, inkişaf və praktik tətbiqdə yeni irəliləyişlər əldə etməyə və sənaye və təchizat zəncirləri üzrə əməkdaşlığı dərinləşdirməyə imkan verəcək.

Share: