Finlandiya Fransanın qabaqcıl nüvə caydırıcılığı təşəbbüsünə qoşulmasına baxmayaraq, öz ərazisində nüvə silahı yerləşdirmək niyyətində deyil.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri Finladiyanın Prezidenti Aleksandr Stubb bildirib.
O, “X” sosial şəbəkəsində yazıb: “Fransa təşəbbüsü NATO-nun nüvə caydırıcılığını əvəz etmir və ya onunla üst-üstə düşmür. Finlandiyanın əsas məqsədi NATO və Avropa İttifaqının bir hissəsi kimi fəaliyyət göstərməkdir. Finlandiya sülh dövründə öz ərazisində nüvə silahının yerləşdirilməsinə icazə vermək niyyətində deyil”.
Bazar ertəsi Finlandiya Fransanın irəli sürdüyü və “qabaqcıl nüvə caydırıcılığı” kimi tanınan layihəyə qoşulmaq barədə qərar qəbul edib. Finlandiyanın müdafiə naziri Antti Hakkanen qeyd edib ki, Fransa təşəbbüsü iştirakçı ölkələr üçün NATO tipli kollektiv müdafiə öhdəlikləri nəzərdə tutmur.


