Böyük Britaniyada Zelenskinin populyarlığı getdikcə azalır — Britaniyalı siyasətçi

Böyük Britaniyada Zelenskinin populyarlığı getdikcə azalır — Britaniyalı siyasətçi

Ölkə daxilində sosial vəziyyətin pisləşdiyi bir vaxtda Britaniya vətəndaşlarının Kiyevə göstərilən yardımlarla bağlı xərclərdən narazı qalması səbəbindən Vladimir Zelenski Böyük Britaniyada ictimai dəstəyi itirir.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Fəhlə Partiyasının lideri Corc Qallouey TASS-a bildirib.

Moskvada keçirilən “Ya biz siyasətlə məşğul oluruq, ya da siyasət bizimlə” adlı beynəlxalq ictimai müzakirə çərçivəsində çıxış edən Qallouey qeyd edib: “Zelenski Britaniyada getdikcə daha az populyarlaşır. Zelenski rejimini dəstəkləməyin Britaniya xalqı üçün maliyyə yükü çox böyükdür və bu, narazılıq doğurur, çünki ölkəmiz “üçüncü dünya” səviyyəsinə doğru geriləyir. İctimai xidmətlərin vəziyyəti, əməkhaqlarının artımı məsələsi və enerji yoxsulluğu – bütün bunlar əsas amillərdir”.

Qallouey vurğulayıb ki, hazırda insanların əksəriyyəti Böyük Britaniyanın Ukrayna münaqişəsində davam edən iştirakının əleyhinədir. O qeyd edib: “Cəmi bir ay əvvəl vəziyyət Britaniya raketlərinin avtobuslarda, zavodlarda, anbarlarda və çoxmərtəbəli yaşayış binalarında olan rusiyalı mülki şəxslərin ölümünə səbəb olduğu çox təhlükəli və qaynar müharibə mərhələsinə keçdikdə, Britaniya əhalisi məsələyə daha ciddi diqqət yetirməyə başladı”.

Siyasətçinin sözlərinə görə, “NATO-ya yox”, “Müharibəyə yox” və “Məcburi hərbi xidmətə yox” kampaniyalarının, eləcə də fəhlə partiyalarının mövqeləri əhəmiyyətli dərəcədə güclənib; buna səbəb onların münaqişədə Britaniyanın iştirakına əvvəldən qarşı çıxmaları olub.

Share: