Salah və Hazard rəmzi komandaya düşmədi

Salah və Hazard rəmzi komandaya düşmədi

İngiltərə Peşəkar Futbol Assosiasiyası ölkənin Premyer Liqasında bu mövsümün rəmzi komandasını elan edib.

Qol.az-ın qurumun rəsmi “Tvitter” səhifəsinə istinadən yaydığı xəbərə görə, siyahıda “Mançester Siti”nin 6, “Liverpul”un 4, “Mançester Yunayted”in 1 futbolçusu yer alıb:

Qapıçı: Ederson Moraes (“Mançester Siti”)

Müdafiəçilər: Trent Aleksander-Arnold, Vircil van Deyk, Endrü Robertson (hamısı “Liverpul”), Emerik Laport (“Mançester Siti”)

Yarımmüdafiəçilər: Pol Poqba (“Mançester Yunayted”), Fernandinyo, Bernard Silva (hər ikisi “Mançester Siti”)

Hücumçular:  Rahim Sterlinq, Serxio Aquero (hər ikisi “Mançester Siti”), Sadio Mane (“Liverpul”)

Qeyd edək ki, “Liverpul”un hücumçusu Məhəmməd Salah və “Çelsi”nin yarımmüdafiəçisi Eden Hazard rəmzi komandada yer almayıb.

Share: