“Nazirlərin qəbul qaydasına etiraz edirəm, düzgün deyil. Məsələn, səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur”.
Millətin Səsi.az bildirir ki bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Səyyad Aran deyib.
“Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamları siyahıya alıb içəri buraxırlar. Qışda isti, yayda sərin otaqlarda insanları… Nəysə, bu sözü demək istəmirəm. Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir”, – deyə deputat bildirib.
Tribuna


