Vuçiç Putini təbrik etdi

Vuçiç Putini təbrik etdi

Serbiya Prezidenti Aleksandar Vuçiç rusiyalı həmkarı Vladimir Putini Dövlət Dumasına keçirilən uğurlu seçkilər münasibətilə telefon söhbəti zamanı təbrik edib.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin məlumat yayıb.

Məlumatda deyilir: “Serbiya lideri Rusiya Prezidentini Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına keçirilən uğurlu seçkilər münasibətilə təbrik edib. Liderlər Rusiya-Serbiya strateji tərəfdaşlığının gələcək inkişafının müxtəlif aspektlərini, xüsusilə də enerji, neft-qaz sektoru, nəqliyyat və səhiyyə sahələrindəki məsələləri müzakirə ediblər”.

Vuçiç növbədənkənar parlament seçkilərinə hazırlıq barədə də danışıb. Mətbuat xidməti əlavə edib ki, “hər iki tərəf seçki proseslərinə kənar müdaxilənin yolverilməzliyini vurğulayıb”.

Share: