Əvəz Zeynallı vəfat etdi

Əvəz Zeynallı vəfat etdi

Əvəz Zeynallı vəfat edib.

Millətin Səsi.az xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb.

Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi.

***

Saat 12 radələrində “Xural TV”nin rəhbəri, jurnalist Əvəz Zeynallının səhhətinin yenidən ağırlaşması barədə məlumat yayılmışdı.

Millətin Səsi.az xəbər verir ki, bununla bağlı Musavat.com Zeynallı ailəsi ilə əlaqə saxlayıb.
“Xural” rəhbərinin həyat yoldaşı Məlahət Zeynallı avtomobil idarə etdiyindən telefon zənginə qızı Selcan Zeynallı cavab verib.
S.Zeynallı kövrəlmiş şəkildə atasının vəziyyətinin ağırlaşdığını və onu xəstəxanaya çatdırmağa çalışdıqlarını bildirib.
Telefon danışığı zamanı arxa fonda Əvəz Zeynallının səsi də ara-sıra eşidilib. Onun və ailəsinin səsindəki narahatlıq vəziyyətinin ciddiliyini bir daha göstərir.
Qeyd edək ki, Əvəz Zeynallı uzun müddətdir ağır xəstəliklə mübarizə aparır. Onun səhhəti ilə bağlı son aylarda müxtəlif məlumatlar yayılıb və jurnalistin müalicəsi davam etdirilir.
Share: