Müəllimin həbsi ilə bağlı Qarabağ Universiteti açıqlama verib.
Milletinsesi.az xəbər verir ki, Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsindən mediada adı hallanan Faiq Məmmədovla bağlı bildirilib ki, o, universitetdə heç vaxt çalışmayıb və ali təhsil müəssisəsi ilə hər hansı əməkdaşlığı olmayıb.
Universitetdən media nümayəndələrinə müraciət edilərək Qarabağ Universiteti ilə bağlı məlumatların dəqiqliyinin təmin olunması məqsədilə müvafiq hallarda İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlamaları xahiş edilib.
Açıqlamada media nümayəndələrinə anlayış və əməkdaşlığa görə təşəkkür bildirilib.Publika.az


