Qubad İbadoğlu Azərbaycanı tərk etdi – Foto

Qubad İbadoğlu Azərbaycanı tərk etdi – Foto

İqtisadçı alim Qubad İbadoğlu bu gün səhər saatlarında Azərbaycanı tərk edərək Almaniyaya gedib.

Millətin Səsi.az Savaşmedia.az-a istinadla xəbər verir ki, bu barədə onun qızı Jalə Bayramova məlumat verib.

Onun sözlərinə görə, İbadoğlu müayinə və müalicə olunmaq üçün Almaniyaya uçub.

Qeyd edək ki, Qubad İbadoğlu 2023-cü il iyulun 23-də saxlanılıb. O, əvvəlcə mütəşəkkil qrup tərəfindən saxta pul və ya qiymətli kağızların hazırlanması, əldə edilməsi və ya yayılmasında ittiham olunub.

Daha sonra ona dini ekstremist materiallarla bağlı ittiham irəli sürülüb. İbadoğlu ittihamları qəbul etməyib. 2024-cü il aprelin 22-də onun barəsində həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı seçilib. Buna səbəb onun səhhətində yaranan ciddi problemlər olub.

Share: