Bərdə rayonunda qətl hadisəsi baş verib.
Millətin Səsi.az APA-ya istinadla xəbər verir ki, hadisə bu gün saat 5 radələrində Mollaəhmədli kəndinin ərazisində qeydə alınıb.
Kənd sakini, 1996-cı il təvəllüdlü Cavad Hüseynov münaqişə zəminində Kolayır kənd sakini, 2000-ci il təvəllüdlü Elnur Rüstəmovu bıçaqla öldürüb.
C.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.


