Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb.
Milletinsesi.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib.
Qəsəbə sakini – 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır


