Gömrük Komitəsinə bu il 3,7 milyonadək elektron müraciət ünvanlanıb

Cari ilin yanvar-oktyabr aylarında vətəndaşlar tərəfindən Dövlət Gömrük Komitəsinə 3 milyon 623 min 249 elektron müraciət daxil olub.

Komitədən Milletinsesi.az-a bildirilib ki, daxil olan müraciətlər arasında fiziki şəxslər tərəfindən Azərbaycanın gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üzrə elektron sadələşdirilmiş bəyannamənin qəbulu, gömrük əməliyyatları və ya gömrük prosedurları ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi çoxluq təşkil edib.

Share: