İrəvanda Fransa səfirliyinin qarşısında etiraz aksiyası: Suyumuzu xilas edin

İrəvanda Fransa səfirliyinin qarşısında etiraz aksiyası: Suyumuzu xilas edin

Amulsar” mədəninin işləməsinə etiraz edən ermənilər Ermənistandakı Fransa səfirliyinin yaxınlığında etiraz aksiyası keçirilib.

Milletinsesi.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb. Aksiya iştirakçıları məsələ ilə bağlı məktublar çatdırmaq və beynəlxalq ictimaiyyətin və diplomatik qurumların diqqətini mədənin işlənməsinin potensial ekoloji nəticələrinə cəlb etmək niyyətindədirlər.

Bundan əvvəl, ekoloqlar və fəallar BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının 17-ci Tərəflər Konfransının (COP17) başladığı Karen Dəmirçyan adına İdman və Konsert Kompleksinin yaxınlığında etiraz və yürüş keçiriblər. İştirakçılar “Suyumuzu xilas edin” və “Amulsar, sadəcə bir dağ” şüarları səsləndiriblər.Publika.az

 

Share: